Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp dronların və onların komponentlərinin idxalına rüsumların tətbiq olunmasını nəzərdə tutan fərman imzalayıb.
Ağ Evin saytında yerləşdirilən sənəddə Tramp bu addımını ölkənin dron idxalı asılılığından çıxması məqsədi ilə izah edib: "Mən müəyyən PUA-lara və onların komponentlərinə tariflərin zəruri olduğu qənaətinə gəldim. Xüsusilə maksimum uçuş çəkisi 100 kq-dan çox olan PUA idxalına 100 faiz tarif tətbiq etmək lazım olduğunu düşünürəm".
Bundan əlavə, sənəddə maksimum uçuş çəkisi 25 kq və ya daha az olan PUA-lara 25 faiz tarif tətbiq edilməsi nəzərdə tutulur. Ağ Ev həmçinin tariflərə tabe olacaq PUA hissələrinin siyahılarını dərc edir. Bəyannamədə ABŞ Ticarət nazirinin zəruri hallarda PUA-lara əlavə tariflər tətbiq etmək səlahiyyəti olduğu bildirilir.
Tramp bu tədbirlər üçün milli təhlükəsizlik narahatlıqlarını qeyd edib. Xüsusilə, o, Amerika şirkətlərinin kifayət qədər PUA istehsal etmədiyinə və ABŞ-ın xarici təchizatdan həddindən artıq asılı hala gəldiyini qeyd edib.
Musavat.com
19 Avqust 2026
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ