İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp BMT Sammitində Körfəz ölkələri ilə İranı MÜZAKİRƏ EDƏCƏK

ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyası çərçivəsində Fars körfəzi ərəb dövlətlərinin Əməkdaşlıq Şurasına daxil olan ölkələrin liderləri və rəsmiləri ilə təcili məsləhətləşmələr keçirməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ-nin "Axios" xəbər portalı məlumatlı mənbələrə istinadən xəbər yayıb.

Görüşün əsas müzakirə mövzusu ABŞ-də keçiriləcək seçkilərdən sonra İranla münaqişənin gözlənilən yeni eskalasiya dalğası fonunda birgə strategiyanın və "müharibədən sonrakı fəaliyyət planı"nın (day-after plan) hazırlanması olacaq. Məsləhətləşmələrə Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Bəhreyn, Küveyt və Omanın nümayəndələri dəvət edilib.

Paralel olaraq, İsrailin Baş naziri Binyamin Netanyahu da Nyu-Yorkda Trampla təkbətək görüşün keçirilməsinə çalışır. Lakin "Axios"un məlumatına görə, belə bir görüş hələlik rəsmi iş qrafikinə salınmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR