İnsanlara hürriyət, millətlərə istiqlal!

Tiflis xəritələri masaya qoyur – Azərbaycanla sərhədi yenidən...

Gürcüstan Azərbaycan və Ermənistanla dövlət sərhədlərinin delimitasiyası prosesini yenidən aktivləşdirməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, bu məsələ Gürcüstanın 2027-ci il dövlət büdcəsi layihəsində və ölkənin əsas istiqamətlərini müəyyənləşdirən sənədlərdə əksini tapıb. Gürcüstan parlamentinin məlumatına görə, 2027-ci il büdcə layihəsi hökumət tərəfindən sentyabrın 30-da parlamentə təqdim edilib.

Sənəddə Gürcüstan–Azərbaycan və Gürcüstan–Ermənistan dövlət sərhədlərinin delimitasiyası prosesinin bərpası və ya davam etdirilməsi nəzərdə tutulur.

Tiflis eyni zamanda Azərbaycan və Türkiyə ilə strateji tərəfdaşlıq çərçivəsində regional və qlobal əhəmiyyətli layihələr üzrə çoxtərəfli əməkdaşlığı davam etdirməyi planlaşdırır.

Gürcüstan–Azərbaycan–Türkiyə üçtərəfli əməkdaşlıq platformasının müvafiq nazirliklər arasında fəal əlaqələri təmin edən əsas regional formatlardan biri olaraq qalacağı bildirilir. Ermənistanla da strateji tərəfdaşlıq çərçivəsində əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur.

Sənəddə Cənubi Qafqaz ölkələri arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafı, Azərbaycan, Türkiyə və Ermənistanla tərəfdaşlığın dərinləşdirilməsi Gürcüstanın xarici siyasət prioritetləri sırasında göstərilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR