Onlayn ictimai-siyasi qəzet
ABŞ Müdafiə Nazirliyi Qrenlandiyalılara tibbi yardım göstərmək üçün xəstəxana gəmisi göndərmək barədə heç bir əmr almayıb.
Musavat.com xəbər verir ki, məlumatı "The Wall Street Journal" qəzeti yayıb.
Qəzetin məlumatına görə, ABŞ-nin hazırda Alyaskada lövbər salmış iki xəstəxana gəmisi, "Comfort" və "Mercy" var. "Comfort" gəmisində aprel ayına qədər tamamlanması gözlənilməyən təmir işləri aparılır. "Mercy" 2025-ci ilin iyul ayından bəri bir illik texniki xidmət proqramından keçir.
Nəşr həmçinin qeyd edir ki, gəmi göndərilsəydi, Vaşinqton Danimarka hakimiyyətindən kömək istəməli olardı; bu olmasaydı, Amerika gəmisi Qrenlandiyada lövbər sala bilməzdi.
Qeyd edək ki, şənbə günü prezident Donald Tramp ABŞ-nin yerli sakinlərə tibbi yardım göstərmək üçün Qrenlandiya sahillərinə xəstəxana gəmisi göndərəcəyini, gəminin "artıq yola düşdüyünü" açıqlayıb. Danimarka və Qrenlandiya hakimiyyəti bu təşəbbüsü rədd edib.
Musavat.com
04 Iyun 2026
03 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ