İnsanlara hürriyət, millətlərə istiqlal!

Test nəticəsini açıqladı

Türkiyəli aktrisa Nilperi Şahinkaya narkotik maddə ilə bağlı istintaq çərçivəsində saxlanıldıqdan sonra test nəticəsini açıqlayıb.

Musavat.com xəbər verir ki, Bakırköy Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində saxlanılan Şahinkaya məhkəmə nəzarəti şərtilə sərbəst buraxılıb.

Aktrisanın Adli Tibb Müəssisəsində götürülən qan, saç və sidik nümunələrinin nəticələri bəlli olub.

Şahinkaya sosial media hesabında paylaşdığı açıqlamada bütün testlərinin neqativ çıxdığını bildirib:

“Adli Tibb Müəssisəsinin hesabatına əsasən, məndən götürülən qan, saç və sidik nümunələrinin heç birində narkotik və ya psixotrop maddə aşkarlanmayıb. Bütün test nəticələrim neqativ çıxıb”.

Qeyd edək ki, əməliyyat zamanı aralarında Aras Bulut İynemli, Sefo, Melis Sezen və digər tanınmış şəxslərin də olduğu bir sıra şübhəlilər saxlanılmışdı.

Könül
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR