İnsanlara hürriyət, millətlərə istiqlal!

Əmrahın oğlu xanımı ilə Zaqatalada - FOTO

Türkiyənin məşhur müğənnisi Əmrahın oğlu Tayfun Erdoğan Azərbaycana səfər edib.

Musavat.com xəbər verir ki, Tayfun həyat yoldaşı Eda İrapla birlikdə Zaqatalaya yollanıb.

Səfər zamanı bölgənin gözəlliyindən təsirlənən Tayfun sosial media hesabında təəssüratlarını bölüşüb.

O, Zaqataladan paylaşdığı fotolara bu sözləri yazıb:

“Zaqatala, çox gözəlsən. Hər bir yerində ayrı bir iz var. Hamısı ilk günkü kimi o qədər gözəl görünür ki... Dedim, Doğuş abim gəlir, biz gəlməmək olmaz”.

Qeyd edək ki, Tayfun Erdoğan müğənni Əmrahın Ebru Çolakla münasibətindən dünyaya gəlib. Məlumata görə, ata-oğul uzun müddətdir görüşmür.

Könül
Musavat.com 

emrahoglu.png (334 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR