Onlayn ictimai-siyasi qəzet
Kaliforniyada baş verən qeyri-adi hadisə diqqət çəkib.
Musavat.com xəbər verir ki, Rusiyanın Samara şəhərindən olan Kristina və Nataşa avtomobil naviqatorunun səhvi nəticəsində ABŞ ordusuna məxsus Camp Pendleton hərbi bazasının ərazisinə daxil olduqları üçün saxlanılıblar.
Məlumata görə, qadınlar yaxınlıqdakı McDonald’s-ı tapmaq məqsədilə hərəkətdə olarkən naviqator onları birbaşa hərbi bazaya yönləndirib. Qadağan olunmuş əraziyə daxil olduqdan sonra onlar ABŞ hərbçiləri tərəfindən tutulub və daha sonra Miqrasiya və Gömrük Mühafizəsi Xidmətinə (ICE) təhvil verilib.
Hadisə ilə bağlı aparılan araşdırma çərçivəsində qadınları altı aya qədər azadlıqdan məhrumetmə cəzası gözləyə bilər. Onların istifadə etdikləri avtomobil isə müsadirə olunub.
Hadisənin sosial tərəfi də narahatlıq doğurur. Belə ki, saxlanılan qadınların kirayə yaşadıqları mənzildə dörd pişik qalıb. Yaxınlarının bildirdiyinə görə, heyvanlar artıq bir həftəyə yaxındır yemək və sudan məhrumdur. Dostlar və qohumlar mənzilə giriş əldə etmək və pişiklərə yardım göstərmək üçün təcili tədbirlər görməyə çalışırlar.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ