İnsanlara hürriyət, millətlərə istiqlal!

Tərtər rayonunda 32 yaşlı kişi öldürülüb

Tərtər rayonunda 32 yaşlı kişi qətlə yetirilib.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, hadisə iyunun 14-də qeydə alınıb: “Tərtər rayonu ərazisində 1992-ci il təvəllüdlü Əliyev Abil Mətləb oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub”.

Bildirilib ki, hazırda şübhəli şəxs axtarılır: “Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri görülür”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR