Onlayn ictimai-siyasi qəzet
İranın xarici işlər naziri Abbas Əraqçi Livanın keçmiş Prezidenti Mişel Aunun Tehrana ünvanladığı ittihamlara kəskin və sensasion bəyanatla cavab verib.
Musavat.com xəbər verir ki, İran XİN rəhbəri Livan siyasətçisinin iddialarını sərt şəkildə rədd edərək regional proseslərin pərdəarxası məqamlarına toxunub.
Nazir bəyanatında bildirib ki, cənab Aunun çıxışlarına baxanda elə təəssürat yaranır, sanki Livan ərazisinin beşdə birini işğal edən, əhalinin dörddə birini ev-eşiyindən didərgin salan və hər gün bu ölkəni bombalayan məhz İrandır.
Diplomat vurğulayıb ki, əgər Livan İran üçün sadəcə bir bazarlıq predmeti və ya xırda pul olsaydı, Tehran rəhbərliyi indiyə qədər çoxdan kimlərləsə sövdələşməyə getmişdi.
İran rəsmisi keçmiş prezidentə müraciət edərək "Livanı öz real düşmənindən xilas edin, cənab prezident" ifadəsi ilə Beyruta əsl təhlükənin haradan gəldiyini göstərib.
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ