Onlayn ictimai-siyasi qəzet
İranın milli futbol komandası 2026-cı il dünya çempionatında iştirak etməyəcək.
Musavat.com bildirir ki, bu barədə İranın idman naziri Əhməd Donyamalı TV2 telekanalında məlumat verib.
Qeyd edək ki, turnir iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. “Onların hökumətinin (ABŞ nəzərdə tutulur-M.) Ali Liderimizə sui-qəsd etdiyini nəzərə alsaq, hazırki şəraitdə biz Dünya Çempionatında iştirak etməyəcəyik”, - Donyamalı bildirib.
İran millisi qrup mərhələsinin hər üç oyununu ABŞ-da keçirməli idi. İran komandası Belçika, Misir və Yeni Zelandiya ilə dördlükdə yer alıb.
Musavat.com
04 Iyun 2026
03 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ