İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehranda kütləvi etirazlar: paytaxtda atəş səsləri eşidilir - VİDEO

İranın paytaxtı Tehranda kütləvi etiraz aksiyaları davam edir.

Musavat.com xəbər verir ki, hərbi yönümlü sosial media kanallarının yaydığı məlumatlara görə, şəhərin müxtəlif bölgələrində atəş səsləri eşidilir. Bildirilir ki, etirazların intensivliyi azalmayıb və gecə saatlarında da aksiyalar səngiməyib.

Mənbələrin iddiasına əsasən, təhlükəsizlik qüvvələri paytaxtın bir sıra ərazilərində yüksək hazırlıq vəziyyətinə gətirilib, bəzi küçə və meydanlarda nəzarət gücləndirilib. Sosial şəbəkələrdə yayılan videolarda səs-küy, şüarlar və silah səslərinə bənzər gurultuların eşidildiyi qeyd olunur.

Rəsmi qurumlar atəş səsləri ilə bağlı hələlik açıqlama yaymayıb. Tehranda vəziyyət gərgin olaraq qalır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyul 2026

27 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR