İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehranda 313 minlik parad: İran yeni silahlarını nümayiş etdirdi - VİDEO

Bu gün Tehran başda olmaqla İranın bütün ərazilərində “İran uğrunda fədakarlıq” (“Canfəda”) adlı genişmiqyaslı hərbi təlimlər başlayıb.

Musavat.com xəbər verir ki, təlimlər ABŞ-dən gələn xarici təhdid və təzyiqlər fonunda milli dözümlülüyü, sosial birliyi və ölkənin davamlı təhlükəsizliyini təmin etməyə hazır olduğunu nümayiş etdirmək məqsədi daşıyır.

“Tasnim” agentliyinin məlumatına görə, tədbirdə döyüş taborları ilə yanaşı, əhalinin müxtəlif təbəqələrinin nümayəndələri də iştirak edir. Təlimlərdə iştirak etmək üçün ümumilikdə 500 minə yaxın şəxs qeydiyyatdan keçib.

Proses Tehranda 313 min nəfərin iştirakı ilə keçirilən hərbi paradla start götürüb. Açılış mərasimində İran istehsalı olan bir sıra pilotsuz uçuş aparatları (PUA) nümayiş etdirilib və ölkənin bu alandakı texnoloji imkanları təqdim olunub.

İran prezidenti Məsud Pezeşkian da Tehrandakı hərbi paradda iştirak edib. Pezeşkian təlimlər zamanı iştirakçıların və vətəndaşların arasına daxil olaraq onlarla həmsöhbət olub.

@@TVmusavat/155604@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR