İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehrana ağır zərbə: Şahzadə Rza Pəhləvi dünya liderlərinin kürsüsündə

Dünya liderlərinin və təhlükəsizlik ekspertlərinin bir araya gəldiyi nüfuzlu Münhen Təhlükəsizlik Konfransına bu il gözlənilməz və səs-küylü bir dəvət göndərilib.

Musavat.com xəbər verir ki, "Bild" nəşrinin yaydığı məlumata görə, İranın mühacirətdəki vəliəhd şahzadəsi Rza Pəhləvi konfransa xüsusi qonaq qismində dəvət olunub. Bu addım beynəlxalq diplomatik dairələrdə İranın gələcəyi və mövcud rejimə qarşı müxalifətin güclənməsi baxımından mühüm siqnal kimi qiymətləndirilir.

Nəşrə açıqlama verən yerli polis nümayəndəsi bildirib ki, əldə olunan məlumatlara görə, şahzadə Pəhləvinin təkcə konfransda iştirakı deyil, həm də şəhərdə keçiriləcək genişmiqyaslı aksiyalarda spiker qismində çıxışı gözlənilir. Qarşıdakı həftəsonu qlobal ictimaiyyətin diqqəti tamamilə Münhenə yönələcək və Pəhləvinin bu platformadakı iştirakı konfransın ən çox müzakirə edilən hadisələrindən biri olacaq. Diplomatik mənbələr bu dəvətin İran rejiminə qarşı beynəlxalq təzyiqin yeni bir mərhələsi ola biləcəyinə işarə edirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR