İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! SEPAH Hörmüzü ODA VERDİ: 19 gəmi VURULDU - VİDEO

İran Silahlı Qüvvələri son 48 saat ərzində Hörmüz boğazında 19 gəmiyə zərbə endirib.

Musavat.com xəbər verir ki, bu barədə İranın "Fars" agentliyi məlumat yayıb.

Agentliyin verdiyi xəbərə əsasən, şənbə günü qaydaları pozan 7 gəmi, ondan əvvəlki gecə isə 12 gəmi hədəf alınıb.

Bu hadisələr ABŞ prezidenti Donald Trampın Birləşmiş Ştatların Hörmüz boğazına "tam nəzarət etdiyini" iddia etməsindən dərhal sonra baş verib.

Boğazın enerji tranziti üçün strateji əhəmiyyətini vurğulayan Tramp ötən gecə 29 gəminin Hörmüzdən keçdiyini iddia edib.

Yayılan son məlumatlara görə, İranın cənub bölgələrindən Hörmüz boğazının cənub hissəsində hərəkət edən ticarət gəmilərinə doğru bir neçə qanadlı raket və kamikadze dronu buraxılıb.

İran rəsmiləri də Silahlı Qüvvələrin Hörmüz boğazına tam nəzarət etdiyini xatırladaraq vurğulayıblar ki, ölkənin icazəsi olmadan müəyyən edilmiş marşrutlardan kənara çıxan və keçməyə cəhd edən gəmilər ordunun sərt cavabı ilə üzləşəcəklər.

Qeyd edək ki, dünya neft daşımalarının təxminən beşdə birinin reallaşdığı bu strateji su yolundakı gərginlik artıq qlobal enerji qiymətlərinə və dəniz sığorta xərclərinə mənfi təsir göstərməyə başlayıb. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR