İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Qardaş ölkə SİLKƏLƏNDİ - Əhali küçələrə axışdı - ANBAAN VİDEO

Türkiyənin Diyarbəkir, Adıyaman, Qaziantep, Şanlıurfa və Elazığ başda olmaqla bir çox vilayətində güclü zəlzələ hiss olunub.

Musavat.com xəbər verir ki, təkanlar zamanı böyük təşviş yaşayan sakinlər küçələrə axışarkən, zəlzələ anı kameralara anbaan əks olunub.

Şanlıurfanın Qarakörpü rayonunda baş verən 5,4 maqnitudalı zəlzələ bölgədə qısamüddətli təşvişə səbəb olub.

AFAD-ın məlumatına görə, saat 10:40-da qeydə alınan təkanlar Diyarbəkir və ətraf vilayətlərdə də güclü şəkildə hiss edilib .

Zəlzələni hiss edən sakinlər sürətlə ev və iş yerlərini tərk edərək açıq sahələrə toplaşıblar. Evlərin birində lentə alınan görüntülərdə zəlzələ anı mobil telefon kamerasına anbaan əks olunub.

Məlumata görə, zəlzələ ocağı 7,39 kilometr dərinlikdə olub.

@@TVmusavat/155959@@

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR