İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: İstanbulda məşhur rejissora SİLAHLI HÜCUM - FOTO

“Masum” və “Kasaba” serialları ilə tanınan məşhur rejissor Seren Yüce İstanbulun Şişli rayonundakı evində silahlı hücuma məruz qalıb.

Musavat.com xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Məlumatda bildirilir ki, səhər tezdən kuryer geyimində olan şübhəli Kazım Orbay küçəsindəki mənzilin qapısını döyərək içəridə olan rejissor Seren Yüceni (50) güllələyərək qaçıb.

Ayağından yaralanan rejissor ilk tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb.

Polis qaçan şübhəlinin tutulması üçün əməliyyata başlayıb.

Seren Yüce - Beyazperde.com

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR