Onlayn ictimai-siyasi qəzet
Təbrizdə benzin böhranı dərinləşir
Musavat.com xəbər verir ki, İranın Təbriz şəhərində benzin təchizatı ilə bağlı yaranan çətinlik günü-gündən daha da kəskinləşir.
Ərazidən daxil olan məlumatlara görə, yanacaqdoldurma məntəqələrinin qarşısında, xüsusilə günün səhər saatlarında uzun avtomobil növbələri yaranmaqda davam edir. Müşahidələr göstərir ki, benzinin çatışmazlığı və təchizatdakı ciddi axsamalar sürücülərin saatlarla növbələrdə gözləməsinə səbəb olur.
Yanacaq böhranının səngiməməsi gündəlik gediş-gəliş üçün avtomobildən istifadə edən vətəndaşların hərəkətini məhdudlaşdıraraq şəhərdə ciddi narahatlıq yaradıb.
Musavat.com
12 Avqust 2026
11 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ