Onlayn ictimai-siyasi qəzet
Taylandda məktəbdə baş verən atışmada ən azı 9 nəfər ölüb, 15 nəfər yaralanıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ölənlər hücumu həyata keçirən yeniyetmə, onun nənə və babası, məktəbin üç müəllimi və üç şagirddir.
İlkin məlumatlara görə, yaralılardan ikisinin vəziyyəti ağırdır.
Hadisə yerli vaxtla təxminən saat 10 radələrində Banqkok şəhərinin şimalında, Nontaburi əyalətinin Banq Kruay rayonundakı Thepsirin məktəbində baş verib: yeniyetmə müəllim və şagirdlərə atəş açıb.
Polis atıcının öldürüldüyünü bildirib. “Röyters” agentliyi onun intihar etdiyini yazıb. Nontaburi əyalət polis rəisi bildirib ki, o, məktəbdə doqquzuncu sinifdə oxuyub. Taylandda doqquzuncu sinif şagirdləri adətən 14 yaşında olurlar. Şagird Polapi Suvonçvinin tapançadan istifadə etdiyini bildirib. 9 mm-lik tapança şagirdin məktəbdə müəllim işləyən babasına məxsus olub.
Tayland baş naziri Anuçin Çanvirakun məktəbdəki atışma qurbanlarına başsağlığı verərək deyb: “Bu, həqiqətən də dəhşətlidir, baş verməməli idi. Hökumət bu səbəbdən vətəndaşlara odlu silah saxlamağa icazə vermir”.
Taylandda çox sərt silah qanunları mövcuddur və qanunsuz odlu silah saxlama 10 ilə qədər həbs cəzasına səbəb ola bilər. Bununla belə, ölkə hələ də Cənub-Şərqi Asiyada mülki silah sahibi olanların çox olduğu ölkələrdən biridir.
Musavat.com
15 Avqust 2026
14 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ