İnsanlara hürriyət, millətlərə istiqlal!

Tarixin gedişini dəyişən Talas döyüşü - 751-ci il!  Günay Hüseyn Əsgərli ilə "Qızıl Alma"

751-ci ildə indiki Qırğızıstanın Talas çayı sahilində baş verən döyüşdə iştirak edənlər bu savaşın Orta Asiyada Çin irəliləyişlərini dayandıracağı, Buddizmin Orta Asiyada süqutu olacağı, Buddist Asiya ilə müsəlman Asiyası arasında sərhəd müəyyən edilməsi və böyük bir xalqın, türk dünyasının islama keçidinin baş verəcəyini təxmin belə edə bilməzdi.

8-ci əsrdə iki nəhəng imperiya bir-birinə əks istiqamətlərdən Asiyada yayılırdı.

618-ci ildə Çində Tan sülaləsi hakimiyyətə gəldi. Yarandığı bir əsr ərzində Tan İmperiyası Sakit okeandan Əfqanıstana qədər uzanacaq və öz böyüklüyü ilə hətta əfsanəvi Han sülaləsini də keçəcəkdir. Onun qurucusu Li qohumluq və mədəni əlaqələr vasitəsilə Orta Asiyanın türk xalqlarına bağlandı . Tibet və türk dövlətləriylə davamlı mübarizəyə rəğmən Tan imperiyası indiyə qədər qurulmuş ən böyük çin dövləti oldu. Və Orta Asiyada kiçik dövlətləri öz himayəsinə almağa başladı. VII və VIII əsrlərdə Orta Asiyada türk tayfaları arasında toqquşmalar baş verirdi və Çin Tan imperiyası bu münaqişərdən uğurla istifadə edərək türklərə məxsus əraziləri zəbt etdi.

Orta Asiyadan Qərbdə isə yeni yaranan islam xilafəti həm Sasaniləri, həm də Bizansı məqlb edərək şərqə doğru hərəkət etməyə başladı. Əməvi dövlətinin qoşunları sürətlə İspaniyaya, Orta Asiya və Qafqaza qədər irəlilədilər.

Çinlilərlə ərəblər arasında toqquşmalar Əməvi qoşunlarının Orta Asiyaya gəldiyi andan başlayıb.. Bunlardan birincisi 715-ci ildə ərəblərin məğlubiyyəti ilə başa çatdı. İkinci toqquşmada, 717-ci ildə ərəblər və onların müttəfiqləri tibet və turkeş xaqanlığının qoşunları çin ordusuna yenidən məğlub oldular.

Bu zaman xilafət daxilində böyük dəyişikliklər baş verdi. 750-ci ildə Əməvilər Abbasil’r sülaləsi ilə əvəz olundu.

Abbasilər Xilafəti Əməvilər tərəfindən qurulan genişlənən Ərəb İmperiyası üzərində hakimiyyəti möhkəmləndirmək üçün qərarlı idi. Narahatlıq doğuran yerlərdən biri şərq sərhədləri - Mavarünnəhr, Fərqanə vadisi və ondan kənar ərazilər idi. Üstəlik hər iki imperiya Böyük İpək yoluna nəzarəti ələ keçirmək istəyirdi.

Orta Asiyada ərəb qüvvələrinə Tibet və Uyğur müttəfiqləri ilə birlikdə dahi taktikaçı Ziyad ibn Saleh rəhbərlik edirdi. Çinin qərb ordusuna etnik koreyalı komandir olan general-qubernator Xao başçılıq edirdi. O dövrdə xarici və ya etnik zabitlərin Çin ordularına komandanlıq etməsi qeyri-adi deyildi, çünki ordu Çin zadəganları üçün arzuolunmaz karyera yolu hesab olunurdu.

750-ci ildə Fərqanə şahı ilə qonşu Daşkənd hökmdarı arasında sərhəd mübahisəsi yarandı. O, general Xaonu Fərqanə qoşunlarına kömək etmək üçün göndərən çinlilərə müraciət etdi.

Xao Daşkəndi mühasirəyə aldı, Daşkənd şahina təslim olacağı müqabilində təhlükəsizlik sözü versə də, sözünü tutmadı . Şahın başı kəsildi, şəhər qrət olundu.. Şahın oğlu qaçaraq hadisələri Xorasandakı ərəb valisi Əbu Müslimə çatdırdı.

Ərəblər general Xaoya dərs verməkdə ... və yeri gəlmişkən, bölgədə Abbasi hakimiyyətini təsdiqləməyə qərar verdilər.

Talasda döyüşən orduların sayını müəyyən etmək çətindir. Bəzi mənbələr hər iki tərəfin 100.000 dən artıq qoşuna sahib olduğunu yazır. Əksər alimlər bu rəqəmlərin şişirdilmiş olması ilə razılaşırlar. Abbasi ordusu ərəb, tibet və türkeş xaqanlığının qüvvələrindən ibarət idi..

Xaonun komandanlığı altında olan Tan ordusu Çin əsgərləri və müttəfiq qoşunlarının birləşmiş qüvvəsi idi. Bu qüvvələrdən başqa çinlilərin tərəfində qarluq türklərindən ibarət bir kontingent də var idi. Xao qarluq döyüşçülərini ordunun cinahlarına yerləşdirmişdi.

Ərəb mənbələri Tan ordusunun 100.000 nəfərdən ibarət olduğunu bildirir. Digər tərəfdən, Çin mənbələri Abbasi ordusunun 200.000 əsgərdən ibarət olduğu yazır. Düşmənlə bağlı bu qiymətləndirmələrin hər ikisi, şübhəsiz ki, şişirtmədir və hər iki ordunun sayı çox güman ki, 30.000-50.000 əsgər arasında idi.

Çin hesablarına görə, döyüş beş gün davam etdi. Döyüş ağır və qanlı keçdi. Döyüşün gedişi haqqında iki versiya vardır. Birinci məlumatda deyilir ki, ilk üç gün ərzində döyüş mərkəzdə hər iki ordunun oxatanları və piyadaları ilə cinahlara nəzarət etmək uğrunda mübarizə aparırdılar. Çin ordusunda daha çox piyada və oxatan var idi, Abbasi ordusunun yarısı piyada , digər yarısı atlı süvarilərdən ibarət idi. Daha yaxşı zirehli geyimə malik olan çin piyadaları ərəblərin piyada dəstələrini demək olar ki məhv etmişdi.

Bu zaman Ziyad ibn Saleh ehtiyatda olan atlı qüvvlərini döyüşə cəlb etdi. Ancaq döyüşün taleyini Xaonun çin ordusunun cinahlarına yerləşdirdiyi türk qarluqların qəfildən çin ordusuna hücumu həll etdi. Abbasilər isə hərtərəfdən hücuma keçdilər. Çin ordusu dağıldı və ağır itkilərlə darmadağın edildi.

Döyüşün ikinci versiyasında iki ordu dörd gün bir-birinə qarşı hücuma cəsarət etmədilər. Bu sırada kiçik qarluq ordusu da çay kənarında gözləyirdi və heç bir tərəfə hələ ki qatılmamışdı. . Sonra beşinci gün həmin bu üçüncü ordu, qarluq qüvvələri , Abbasilərin Tan ordusuna birbaşa hücumu ilə eyni vaxtda arxadan türklərin əzəli düşməni çinlilərə hücum etdi və nəticədə ordu tamamilə məhv edildi. Çin qoşunları öz mövqelərini saxlaya bilmədilər və qoşun komandiri Xao məğlubiyyətin qaçılmaz olduğunu dərk edərək sağ qalanların bir hissəsi ilə birlikdə döyüş meydanını tərk etdi. Çin qoşunundan yalnız iki min nəfər Talasdan Tan sülaləsinin nəzarətində olan Orta Asiya ərazilərinə qayıda bildi.

Bu ikinci məlumatda deyilir ki, qarluqlar əvvəldən Abbasilərin müttəfiqləri olmuşdu və yəqin ki, Ziyad ibn Saleh beşinci günün səhəri onlarla eyni vaxtda baş verən hücumu planlaşdırmışdı. Hər halda, döyüş Abbasilərin qəti qələbəsi idi. Abbasilər dörd günlük döyüşdən sonra 10.000 və ya daha itki verdilər. Lakin mənbələrin hamısı Çin ordusunun 30.000 nəfərə qədər itkisi olduğunu qəbul edir

Talas Döyüşü həm türk və İslam tarixi üçün böyük əhəmiyyət kəsb edən bir savaşdır. Kürəsəl əhəmiyyəti kəsb edən döyüşün nəticələri günümüzə qədər gəlib çıxmışdı.

Talas həm də mədəni, dini və texnoloji nəticələrlə nəticələndi, Hindistanla birbaşa əlaqə kəsildiyi üçün Çin və Yaponiyada fərqli bir Buddizm forması inkişaf etdi.Ərəblərin qələbəsi islam mədəniyyətinin Orta Asiyada yayılmasına güclü təsir göstərmişdir. İslam dini türk xalqları arasında yayılmağa başladı. Talas döyüşü Mərkəzi Asiya siyasi elitasının islamlaşmasında həlledici amil kimi tarixə düşdü. Çin imperiyasına gəlincə, Talas çayında məğlubiyyətdən sonra onlar öz sərhədlərini Qərbə doğru genişləndirmək fikrindən birdəfəlik əl çəkdilər.

Bundan əlavə, Talasda tutulan çinli əsirlər arasında kağız istehsalçıları da var idi. Bu məhbuslar xilafətdə ilk kağız dəyirmanlarını qurdular, bu texnologiya nəhayət Avropaya köçürüləcək və tarixi həmişəlik dəyişdirəcək. Bu inkişaf "müsəlman və sonrakı Avropa dünyasının savadına və mədəniyyətinə böyük təsir göstərdi".

Türk-İslam tarixi Talas döyüşü ilə başlayıb.

- Talas müharibəsinin başlaması ilə türk və ərəb müsəlmanları arasında münasibətlər təbii olaraq artdı.

- Türklər, xüsusən də Əməvilərdən sonraAbbasiDövlətin hərbi və inzibati heyətində iştirak etməyə başladı.

- Çinlilər Qərbi Türküstanda hökmranlıq etmək fikrindən əl çəkdilər.

- Talas döyüşündən sonra türk boyları Çin təzyiqindən xilas oldu.

- Karluklar öz müstəqil dövlətlərini yaratdılar, uyğurlar isə Şərqi Türküstanda öz dövlətlərini bərpa etdilər.

- Talas müharibəsindən sonra yaranan yeni siyasi vəziyyət ilk türk islam dövləti Qaraxanlılar dövlətinin əsaslarının qoyulmasına şərait yaratdı.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR