Onlayn ictimai-siyasi qəzet
Braziliya Prezidenti Luis İnasio Lula da Silva ABŞ Prezidenti Donald Trampa zəng vurub.
Musavat.com xəbər verir ki, məlumatı Braziliya prezidentinin ofisi yayıb. Bildirilir ki, telefon danışığı zamanı ABŞ administrasiyası tərəfindən bu yaxınlarda Braziliya mallarına tətbiq edilən tariflər müzakirə olunub.
Lula da Silva qeyd edib ki, bu məsələ ilə bağlı danışıqlar ABŞ-ın Braziliyanın əsas ticarət tərəfdaşlarından biri olaraq qalmasını təmin etmək üçün "ən yaxşı seçimdir". O, ABŞ-ın tarifləri tətbiq etmə səbəblərinin əsassız olduğunu və Vaşinqtonun bu cür hərəkətlərinin hər iki ölkənin iqtisadiyyatına zərər verəcəyini bildirib.
Tramp iki ölkə arasında "güclü ticarət münasibətlərinin qorunmasının" vacibliyini vvurğulayıb. O, əlavə edib ki, ABŞ və Braziliya nümayəndələri ticarət fikir ayrılıqlarını müzakirə etməyə davam etmək üçün mümkün qədər tez görüşməlidirlər.
İyul ayında ABŞ ədalətsiz ticarət təcrübələrinə görə bəzi Braziliya mallarına 25 faiz, eləcə də Braziliya da daxil olmaqla, onlarla ölkəyə məcburi əməyin tətbiqində ittiham edərək 12,5 faiz tarif tətbiq etdiyini açıqlayıb.
Qeyd edək ki, Braziliya prezidenti qarşıdan gələn prezident seçkiləri ərəfəsində ABŞ-la münasibətləri kəskin soyuqlaşdırıb. O, Vaşinqtonu seçkilərə müdaxilə cəhdlərində ittiham edir. Lakin ABŞ-ın tətbiq etdiyi tariflər Braziliya fermerləri üçün böyük problemlər yaratdığına və seçki ərəfəsində narazılığa səbəb olduğuna görə Lula de Silva onların aradan qaldırılmasına çalışır.
Musavat.com
22 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ