İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış jurnalist şöbə müdiri oldu

Tanınmış tədqiqatçı və jurnalist Aytən Rəhimli Sumqayıt Dövlət Universitetinin (SDU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Musavat.com xəbər verir ki, Aytən Rəhimli uzun illər media sahəsində fəaliyyət göstərib. O, müxtəlif dövrlərdə "Yeni Azərbaycan" qəzetində və "Yeni Azərbaycan" internet televiziyasında çalışıb.

Jurnalistika fəaliyyəti ilə yanaşı, Aytən Rəhimli elmi istiqamətdə də fəaliyyət göstərib. O, Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda çalışaraq elmi-tədqiqat işləri ilə məşğul olub.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR