Onlayn ictimai-siyasi qəzet
Ermənistan ordusunda şəxsi heyət çatışmazlığı ilə bağlı yeni iddialar gündəmə gəlib.
Musavat.com xəbər verir ki, “Hraparak” qəzetinin mənbələri bildirir ki, Müdafiə Nazirliyi müqaviləli hərbçilərin sayını artırmaq üçün seçim meyarlarını yumşaldıb.
Qəzetin yazdığına görə, problem xüsusilə “Vətənin müdafiəçisi” proqramında özünü göstərir. Mənbələrin iddiasına əsasən, müəyyən edilmiş meyarlar arxa plana keçirilib və hətta əvvəllər xidmətdən intizamsız fəaliyyətə görə uzaqlaşdırılmış şəxslərin yenidən qəbul edildiyi bildirilir.
“Hraparak”ın həmsöhbəti orduda son dövrlərdə baş verən faciəvi hadisələri də seçim tələblərinin zəiflədilməsi və nəzarətin yetərli olmaması ilə əlaqələndirir. Mənbə vəziyyəti belə təsvir edib:
“Ordu keçid həyətinə çevrilib, ora kim gəldi daxil olur və lazımi qayda-qanun yoxdur”.
Bu iddiaların mühüm fonu var. Ermənistan 2025-ci ilin dekabrında qanunvericiliyi dəyişərək məcburi hərbi xidmət müddətini 24 aydan 18 aya endirib. Dəyişiklik 1 yanvar 2026-cı ildən qüvvəyə minib və həmin tarixdən əvvəl artıq xidmətdə olan hərbçilərə şamil edilmir.
Ermənistan hökuməti xidmət müddətinin azaldılmasını peşəkar və müqaviləli hərbi xidmətin genişləndirilməsi ilə əlaqələndirmişdi. Rəsmi məlumatda dəyişiklik müzakirə edilərkən “Vətənin müdafiəçisi” proqramında 4 220 nəfərin iştirak etdiyi açıqlanmışdı. Proqram çərçivəsində müddətli hərbi qulluqçular Müdafiə Nazirliyi ilə müqavilə bağlayaraq beşillik müqaviləli xidmətə keçə bilirlər.
Baş nazir Nikol Paşinyan da 2026-cı ilin iyununda proqramın orduda aparılan struktur dəyişikliklərinin əsas istiqamətlərindən biri olduğunu bildirib. Onun sözlərinə görə, çağırışçılar müəyyən hazırlıq mərhələsindən sonra müqaviləli hərbi qulluqçu statusuna keçə və attestasiya nəticələrinə uyğun daha yüksək maaş ala bilirlər.
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ