Onlayn ictimai-siyasi qəzet
Ermənistanda sərhədi bir neçə azərbaycanlının keçməsi və digər şəxslərin axtarılması barədə yayılan məlumatlara rəsmi münasibət bildirilib.
Musavat.com xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti mediada və sosial şəbəkələrdə hüquq-mühafizə orqanlarının ölkə ərazisinə qanunsuz keçdiyi iddia olunan digər şəxsləri axtarması barədə yayılan məlumatların həqiqətə uyğun olmadığını açıqlayıb.
Qurum bildirib ki, Ermənistan ərazisinə yalnız bir Azərbaycan vətəndaşının keçməsi qeydə alınıb və daha çox şəxsin, o cümlədən “diversantların” ölkə ərazisində olması barədə iddiaların heç bir əsası yoxdur.
“Bir daha dəqiqləşdirməyi zəruri hesab edirik ki, Ermənistanın dövlət sərhədini qanunsuz olaraq yalnız bir nəfər – N. Musayev keçib”, – deyə açıqlamada bildirilib.
Söhbət Azərbaycan Ordusunun hərbi qulluqçusu Nəsimi Musayevdən gedir.
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ