İnsanlara hürriyət, millətlərə istiqlal!

"Taliban" Pakistana qarşı əməliyyata başlayıb - RƏSMİ

"Taliban" hökumətinin nümayəndəsi sərhəddə Pakistan hərbçilərinə qarşı genişmiqyaslı hücum əməliyyatının başladığını açıqlayıb.

Musavat.com regional mənbələrə istinadən xəbər verir ki, Taliban tərəfi bunu Pakistanın son hava zərbələrinə cavab adlandırıb.

Beynəlxalq KİV-lər sərhəd boyunca şiddətli atışmaların getdiyini, yaralananların olduğunu bildirir. Hər iki tərəf bir-birini hücumu başlatmaqda ittiham edir.

Əfqanıstan tərəfi əlavə hərbi qüvvə göndərildiyini və sərhəd mövqelərinin gücləndirildiyini açıqlayıb. Pakistan rəsmiləri isə iddia edir ki, atəş ilk olaraq Taliban qüvvələri tərəfindən açılıb və cavab atəşi ilə vəziyyət nəzarət altına alınıb. Hazırda sərhəd boyunca vəziyyət çox gərgindir, müstəqil mənbələrdən itkilərin dəqiq sayı təsdiqlənməyib.

Nigar Həsənli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR