İnsanlara hürriyət, millətlərə istiqlal!

Taker Karlson İsraildə SAXLANILDI 

Amerikalı jurnalist Taker Karlson və onun komandası ABŞ səfiri Mayk Hakabi ilə müsahibədən sonra İsraildə saxlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb.

Müsahibədən dərhal sonra İsrail rəsmiləri Karlsonun pasportunu müsadirə ediblər. Onun icraçı prodüseri isə dindirilmək üçün ayrı otağa aparılıb. 

"Özlərini hava limanının təhlükəsizlik işçiləri kimi təqdim edən şəxslər pasportlarımızı aldılar, icraçı prodüserimizi ayrı bir otağa apardılar. Sonra səfir Hakabi ilə nələri müzakirə etdiyimizi soruşdular. Bu, qəribə idi. Artıq ölkə xaricindəyik", - deyə Karlson bildirib.

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR