İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriyada son 20 gündə üçüncü silah anbarında partlayış: Ölən və yaralılar var

Suriyanın Hələb şəhərində silah anbarında partlayış baş verib.

Musavat.com xəbər verir ki, Suriya Mülki müdafiə agentliyinin rəhbəri Faysal Məhəmməd Əli “Əl-İxbariya” TV-yə anbarda sursatların təkrar detonasiyası gedir: "Bizə itki və yaralılar barədə məlumatlar daxil olub. Lakin xilasetmə qrupları və təcili yardım maşınları hələlik onları çıxarmaq üçün hadisə yerinə çata bilmirlər".

Suriya mfövqəladə hallar və fəlakətlərin nəticələrinin aradan qaldırılması naziri Raed əl-Saleh ən azı dörd nəfərin yaralandığını təsdiqləyib: "Bunlar yalnız ilkin məlumatlardır; sursat partlayışları davam edir. Bizim komandalarımız şəhərin cənubundakı, anbarın yerləşdiyi Əl-İs məhəlləsinə yerləşdirilib. Hadisə yerinə giriş hələ də çətindir".

Əl-Saleh ictimaiyyəti təhlükəli zonadan uzaq durmağa çağırıb: "Vətəndaşları təlimatlarımıza əməl etməyə, evdə qalmağa, şəkil çəkməkdən çəkinməyə və anbardan uzaq durmağa çağırırıq".

O əlavə edib ki, Əl-İs şəhərinə gedən yollar tamamilə bağlanıb və ərazi təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.

Qeyd edək ki, bu, sentyabr ayının ötən dövründə Suriyada silah anbarlarında baş verən 3-cü belə hadisədir.
19 sentyabrda Suriyanın şərqindəki Deyr əz-Zor şəhərində silah anbarında baş verən partlayış nəticəsində 11 əsgər həlak olub, 9 nəfər yaralanıb.

9 sentyabrda İdlib əyalətinin Sarmada şəhəri yaxınlığındakı sursat anbarında baş verən partlayış nəticəsində 14 nəfər həlak olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR