İnsanlara hürriyət, millətlərə istiqlal!

Sumqayıtda avtomobillər toqquşdu- “Prius” yandı - Video

Sumqayıt şəhəri, Bulvar küçəsində avtomobildə yanğın baş verib. 

Musavat.com xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “KİA Optima” və “Toyota Prius” markalı minik avtomobillərinin toqquşması səbəbindən yanğınla nəticələnən yol-nəqliyyat qəzasının baş verdiyi müəyyən edilib. 

Yanğın nəticəsində “Toyota Prius” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı ağaclıq sahə yanğından mühafizə olunub. 

Hadisə zamanı xəsarət alan olmayıb.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2026

11 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR