Onlayn ictimai-siyasi qəzet
“Hesabat ilində sosialyönlü xərclərin maliyyələşməsi üçün dövlət büdcəsi xərclərinin təxminən 40 faizi həcmində və ya 15,3 milyard manat vəsait istifadə olunub. Bu, 2024-cü illə müqayisədə 602 milyon manat çoxdur”.
Musavat.com-un məlumatına görə, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin plenar iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Dövlət başçısının aztəminatlı, xüsusən sosial cəhətdən həssas olan insanlara qayğısının təzahürü kimi, ötən il növbəti sosial islahat zərfi reallaşdırılıb, islahat zərfi çərçivəsində minimum əməkhaqları və pensiyalar, sosial müavinət və təqaüdlər artırılıb, islahatın maliyyələşdirilməsinə dövlət büdcəsindən 400 milyon manatdan artıq vəsait sərf edilib”, - deyə S.Babayev əlavə edib.
Nazir son 5 ildə sosialyönlü xərclərin 3,9 mlrd. manat artdığını da vurğulayıb.
E.Paşasoy,
Musavat.com
12 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ