İnsanlara hürriyət, millətlərə istiqlal!

Toyda insident: Çiçəyi tutmaq istəyərkən gəlini yıxdı - VİDEO

Türkiyənin Balıkesir vilayətində keçirilən toy mərasimində gəlin çiçəyinin atılması zamanı gözlənilməz insident yaşanıb. Toyun sonuna yaxın gəlin ənənəyə uyğun olaraq arxasında toplaşan qonaqlara tərəf buketini atıb.

Musavat.com xəbər verir ki, musiqi sədaları altında gəlin çiçəyi geriyə fırlatdığı an arxada gözləyən gənc oğlan buketi tutmaq üçün sürətlə irəli həmlə edib.

Müvazinətini və nəzarəti itirən qonaq birbaşa gəlinin üzərinə yıxılıb. Zərbənin şiddətindən gəlin yerə yıxılıb, zalda isə təşvişli qışqırıqlar ucalıb.

Zalda olan qonaqlar dərhal gəlinin köməyinə qaçaraq onu ayağa qaldırıblar. Mərasimdə əyləncəli anları bir anda şoka çevirən bu qəza ilə yanaşı, adətən subay qadınların qatıldığı rituala bir kişinin niyə müdaxilə etməsi də toyda böyük müzakirəyə səbəb olub. Yaşanan bu xoşagəlməz hadisə toya qatılanların yaddaşında unudulmaz xatirə kimi qalıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR