Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Volodimir Zelenski rəsmi Kiyevin Pasxa bayramı dövründə mümkün atəşkəslə bağlı ABŞ-yə sorğu göndərdiyini bəyan edib.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, amerikalı tərəfdaşlarının təşəbbüsü Rusiyaya çatdıra bilib-bilməyəcəyi hələlik məlum deyil.
"Mediada Rusiyanın buna guya hazır olmadığına dair xəbərlər gördük. Lakin bu cavabın nə dərəcədə ciddi olduğu hələ məlum deyil. Bizim Pasxa bayramında atəşkəs elan olunması ilə bağlı təklifimiz qüvvədə qalır", - deyə Zelenski vurğulayıb.
Qeyd edək ki, Ukrayna tərəfi bu addımı humanitar məqsədlər və müqəddəs bayram günlərində gərginliyin azaldılması naminə atdığını bəyan edib.
Musavat.com
10 Iyun 2026
09 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ