Onlayn ictimai-siyasi qəzet
Türkiyədə sərnişin avtobusunun aşması nəticəsində 9 nəfər ölüb.
***
Türkiyənin Antalya şəhərində sərnişin avtobusu aşaraq dərəyə yuvarlanıb.
Musavat.com bildirir ki, hadisə bu gün saat 10:30 radələrində Antalya-İsparta magistral yolunun girişində baş verib.
İlkin məlumatlara görə, qəza nəticəsində 8 nəfər ölüb, 26 nəfər yaralanıb.
Qəza yerinə cəlb olunan tibbi heyət avtobusun içində və altında sıxışmış sərnişinlərin xilas olunması üçün iş aparır.
Şahanə Rəhimli
Musavat.com
06 Iyun 2026
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ