Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna ilə "energetika atəşkəsi" mövzusunda hələlik konkret bir xəbərin olmadığını, lakin bu istiqamətdə təmasların davam etdiyini bildirib.
Musavat.com xəbər verir ki, Kreml nümayəndəsi jurnalistlərə açıqlamasında cari danışıqlar prosesi və Avropanın mövqeyi ilə bağlı mühüm bəyanatlar verib.
Peskov öz çıxışında Avropa ölkələrinin siyasətini kəskin tənqid edərək qeyd edib: "Avropa Ukraynadakı münaqişənin dayanmaması üçün əlindən gələni etməkdə davam edir". Kremlin rəsmisi əlavə edib ki, Moskva üçün ABŞ vasitəçilərinin Ukrayna böhranının tənzimlənməsi istiqamətindəki səyləri və yanaşması Avropanın mövqeyinə nisbətən daha anlaşılan və adekvatdır.
Rusiya tərəfinin yekun məqsədlərinə toxunan Peskov vurğulayıb ki, Moskva müvəqqəti atəşkəs və ya sadəcə fasilə əldə etmək niyyətində deyil. Rusiya uzunmüddətli, dayanıqlı sülhün bərqərar olunmasını istəyir və bu nəticəyə çatmaq üçün mümkün olan bütün adımları atmağa hazırdır.
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ