İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Türkiyə SİLKƏLƏNDİ

Türkiyənin Adana vilayətində 4,8 bal gücündə zəlzələ baş verib.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələ yerli vaxtla saat 14:19-da Adananın Saimbəyli rayonunda qeydə alınıb. Yeraltı təkanın ocağı 7,99 kilometr dərinlikdə yerləşib. Zəlzələ Saimbəyli ilə yanaşı, ətraf yaşayış məntəqələrində və yaxın bölgələrdə də hiss olunub.

İlkin məlumatlara görə, zəlzələ nəticəsində dağıntı və ya tələfat barədə məlumat daxil olmayıb. Bölgədə vəziyyətlə bağlı araşdırmalar davam etdirilir.

Sarsıntının ardından Adana və ətraf ərazilərdə yaşayan sakinlər arasında qısamüddətli panika yaşanıb.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR