Onlayn ictimai-siyasi qəzet
Dünya bazarında neft qiymətlərində artım müşahidə olunur.
Musavat.com xəbər verir ki, İranın Hörmüz boğazından keçidlə bağlı ABŞ nümayəndələri ilə görüşdən imtina etməsindən sonra bazar iştirakçıları boğazdan keçidin ödənişli olması ehtimalına diqqət yetirirlər.
Bu gözləntilər neft qiymətlərində artıma səbəb olub. Londonun ICE birjasında Brent neftinin sentyabr fyuçersləri 0,38 faiz artaraq 73,3 dollara, Nyu-Yorkun Nimex birjasında WTI neftinin qiyməti isə 0,45 faiz artaraq 69,8 dollara ticarət olunur.
Qeyd edək ki, Oman bu günlərdə ABŞ və Qərb dövlətlərinə gəmilərin Hörmüzdən keçidinə görə ekoloji haqq toplanmasını nəzərdə tutan təkliflər təqdim edib.
Musavat.com
01 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ