Onlayn ictimai-siyasi qəzet
Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda ABŞ hərbi hava qüvvələrinin "Boeing KC‑135" və KC‑46 yanacaqdoldurma tanker-təyyarələri İsrailin Ben-Qurion aeroportunda müşahidə olunub.
Musavat.com İsrailin 9tv.co.il saytına istinadla xəbər verir ki, peyk görüntülərinə gğrə, hava limanında ən azı doqquz "KC‑135 Stratotanker" təyyarəsi park edilib. Digər məlumata görə, bölgədə 14 tankerin olduğu ehtimal olunur. Bu tip tanker-təyyarələr havada yanacaq doldurma qabiliyyəti ilə döyüş təyyarələrinin uçuş məsafəsini artırır, bu da uzunməsafəli əməliyyatlar üçün strateji əhəmiyyət daşıyır.
Peyk və video görüntüləri göstərir ki, tankerlər sivil təyyarələrin yanında park edilib, bu isə Ben-Qurion hava limanında nadir hallardan biridir. Hərbi ekspertlər bildirirlər ki, bu yerləşdirmə ABŞ və müttəfiq döyüş təyyarələrinin uzun məsafəli əməliyyatlarını mümkün edir və İranla gərginliyin artması halında potensial hərbi hazırlığın göstəricisidir.
Rəsmi açıqlamalarda İsrail və ABŞ bu hərbi yerləşdirmənin məqsədini təsdiqləməyib, lakin tankerlərin böyük qruplaşması bölgədə artan hərbi hazır vəziyyəti açıq şəkildə göstərir. Ben-Qurion hava limanı həm sivil, həm də strateji baxımdan vacib məkandır və ABŞ hərbi qüvvələrinin bölgəyə hərəkətləri diplomatik danışıqlar fonunda diqqət çəkir.

E.Məmmədəliyev, Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ