Onlayn ictimai-siyasi qəzet
Slovakiyanın baş naziri Robert Fitso ABŞ prezidenti Donald Trampla son görüşündən sonra onun “psixoloji vəziyyəti” ilə bağlı ciddi narahatlıq keçirdiyini bildirib.
Musavat.com xəbər verir ki, Fitso Trampı “təhlükəli” adlandıraraq onun davranışlarının normal olmadığını vurğulayıb.
Qeyd edək ki, Fitso daha əvvəl Macarıstanın baş naziri Viktor Orban qədər açıq olmasa da, Trampın Avropa və Ukrayna siyasətinə yönələn tənqidlərinə müəyyən mənada dəstək verən siyasətçilərdən biri idi. Lakin Floridadakı Mar-a-Laqo iqamətgahında baş tutan son görüş onun mövqeyini ciddi şəkildə dəyişib.
Həmin görüş Fitso üçün sarsıdıcı olub. O, Avropa İttifaqı liderlərinin Brüsseldə keçirilən qeyri-rəsmi toplantısı zamanı həmkarları ilə söhbətində Donald Trampın “ağlı başında olmadığını” deyib və onun psixoloji durumundan narahat olduğunu açıq şəkildə dilə gətirib.
Diplomatlardan birinin sözlərinə görə, Slovakiya baş naziri görüşdən sonra “travma almış kimi” təsir bağışlayıb. O, Trampın davranışlarının qeyri-adekvat olduğunu və bunun gələcək siyasi proseslər üçün risk yaratdığını bildirib.
Avropa İttifaqı rəsmilərindən biri də “Politico”ya açıqlamasında qeyd edib ki, Trampın sağlamlıq və psixoloji vəziyyəti ilə bağlı narahatlıqlar artıq Brüsseldə və üzv ölkələr arasında geniş müzakirə mövzusuna çevrilməkdədir.
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ