İnsanlara hürriyət, millətlərə istiqlal!

Səudiyyə Ərəbistanında mühüm terminal sıradan çıxdı: Bir neçə həftə ixrac olmayacaq

Səudiyyə Ərəbistanının dövlət neft şirkəti Saudi Aramco boru kəmərinin zədələnməsi səbəbindən krallığın şərqindəki Cuayma terminalından mayeləşdirilmiş neft qazının (LPG) ixracını dayandırıb.

Musavat.com şirkətin yaydığı açıqlamaya istinadən xəbər verir ki, hadisə 23 fevral bazar ertəsi günü baş verib. Hadisəyə propan və butan boru kəmərləri daşıyan estakadanın bir hissəsinin uçması səbəb olub. Saudi Aramco şirkəti təcili yardım planını işə saldığını və Cuayma terminalından növbəti bir neçə həftə ərzində planlaşdırılan maye qaz daşınmasını dayandırdığını bildirib.

Hadisədə heç kim xəsarət almayıb və sızma aşkar edilməyib. Səudiyyə Ərəbistanının qərb sahillərindən maye qaz daşınması adi qaydada davam edir. Şirkət zərərin miqyasını və mümkün nəticələri qiymətləndirir.

Cuayma dünyanın ən böyük maye qaz ixrac terminallarından biridir. Kpler analitik şirkətinin məlumatına görə, 2024-2025-ci illərdə oradan ayda orta hesabla təxminən 450.000 ton maye qaz daşınıb. Keçən il bu terminaldan daşınmaların təxminən 60 faizi Hindistana, təxminən 15 faizi isə Çinə gedib.

Musavat.com 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR