İnsanlara hürriyət, millətlərə istiqlal!

SEPAH-ın sabahı necə olacaq? – İran nəyə görə “terrorçu dövlət” siyahısına salınır...

35 ildir ki, Ermənistanla, dünya erməniliyi ilə münasibətlərimiz düşməncəsinədir, aralığa qan düşüb, hər iki müəllətdən minlərlə gənc həlak olub, böyük faciələr yaşanıb, hər iki millətin nümayəndələri bir-birinin ünvanına təhqiramiz ifadələr işlədib, amma bütün bunların şiddəti son aylarda İranla Azərbaycanın arasındakı söz-söhbətin şiddəti qədər olmayıb.

İranda ölkəmizin, onun rəhbərliyinin, ayrı-ayrı ictimai-siyasi xadimlərinin ünvanına səslənən təhqiramiz ifadələr, təhdidlər barədə gələn xəbərlər göstərir ki, Azərbaycan mediası qırmızı xətti nə qədər gözləsə də, eyni şeyi İran mediası haqqında demək olmaz. İranlı təbliğatçılar, qəzetçilər heç bir etik çərçivə gözləmədən ünvanımıza nifrət, latayır püskürürlər.

Без названия (1).jpg (8 KB)

Nədir bu yosunlamış, mamırlamış nifrətin qaynağı? İranda bizə qarşı bu kin-küdurət nəyə görədir? Nə etmişik? Buşəhr AES-i raket atəşinə tutmuşuq? Yoxsa İrana qarşı 101 müddəalıq sanksiya tətbiq etmişik? Bəlkə iranlı nüvə alimlərinin həyatına silsilə terror aktlarını biz törətmişik?

Bunların heç biri olmayıb. Heç İranın adının “terrorçu dövlət” siyahısına salınmasında da Azərbaycanın rolu olmayıb, bu ölkədə separatizm dalğasının kükrəməsinə rəsmi Bakı hər hansı formadan təkan verməyib, İran beynəlxalq sanksiyalara məruz qalsa da, Azərbaycan onunla qarşılıqlı faydalı ticarət əlaqələrini davam etdirib.

Ancaq bütün bu müsbət səciyyəli hərəkətlər İran dövlətini idarə edən güclü bir qrupun Azərbaycana münasibətini dəyişdirməyib və belə görünür ki, əksinə, daha da şiddətləndirib.

338270551_2376253319222720_4605179728570263561_n__1_.jpg (384 KB)

Tehranda səfirliyimizə qarşı törədilən və arxasında İranın hakimiyyət dairələrinin durduğu sirr olmayan terror aktından sonra millət vəkili Fazil Mustafanın həyatına qarşı təşkil edilən teraktın arxasından da İrana bağlı şəxslərin çıxması Tehranın ölkəmizə münasibətdə hansı düşüncədə olduğunu bir daha təsdiq etdi.

Uzun illər ölkəmizdə din-məzhəb pərdəsi altında gizlənən, ölkənin dünyəvi quruluşunu dəyişərək şəriət rejimi bərqərar etməyə çalışan, Azərbaycanı İranın əyalətinə çevirməyi düşünən insanlardan ibarət siyasi partiya, gizli təşkilatlar yaradan İranın hakimiyyət orqanlarının məkrli planlarının faş olması Tehranda böyük hiddət doğurub. Burası anlaşılandır.

Ancaq son aylarda şərti adı “casus şəbəkəsi” adlandırılan, əslində isə həm də yarımhərbi təxribatçı-diversiya birləşmələrinin üzvləri olan şəxslərin ard-arda həbs edilməsi, zərərsizləşdirilməsi İranı əsasən ona görə belə aqressivləşdirib ki, onun Azərbaycanla bağlı perspektiv planlarının icrası sual altına düşüb. Bu gedişlə İran ölkəmizə qarşı pis niyyətlərini reallaşdıra bilməyəcək.

555666.jpg (10 KB)

Bu dövlətin əlinin altında nə qədər geniş tərkibli kontingent olsa da, həqiqət budur ki, onların bir hissəsi bu sayaq gərginlikdən və ifşa prosesindən sonra, Tehranın burada heç də “din-məzhəb qardaşlığı” üzrə siyasət yeritmədiyini görür, mövqelərində dəyişiklik edir. Həmin qüvvələrin daha radikal və fəal hissəsi, yuxarıda dediyimiz kimi, təhlükəsizlik orqanları tərəfindən artıq qrup-qrup zərərsizləşdirilir.

Ən ümdəsi, İranın kəşfiyyat orqanları tərəfindən vətəndaşlarımızım əməkdaşlığa və rəğbət qruplarına cəlb edilməsi prosesinə zərbə vurulur, şəbəkə dağıdılır. Kortəbii olaraq yeni-yeni xəyanət cığırına meyllənənlər anlayırlar ki, çox təhlükəli oyuna giriblər, dövlətlə dövlətçilik edə bilməzlər, etsələr, bu, onlara baha başa gələ bilər.

Əlbəttə, İranın kəşfiyyat orqanları şok doğuran zərbələrdən özünə gələn kimi tutulan şəxslərlə bağlı olmadığını bəyan edəcək, heç nəyi boynuna almayacaq. Onsuz da dünyada bənzər ittihamları heç bir dövlət yaxına qoymur, amma bütün dövlətlərin də içi casuslarla qaynaşır.

6665555.jpg (7 KB)

İran tərəfinin nə deməsindən, nəyi təkzib etməsindən asılı olmayaraq, casusluq ittihamı ilə həbs olunan şəxslərin ifadələri bütün həqiqəti tam şəkildə üzə çıxaracaq. Onlar təlimatları və maliyyə vasitələrini haradan, kimdən, necə aldıqlarını adbaad, günüylə, saatıyla deyəcəklər (səmimi olmaqdan başqa variantları yoxdur), hansı planlara malik olduqlarını bildirəcəklər və mənzərə tam aydın olacaq.

Son aylarda vətəndaşlarımıza qarşı törədilən terror aktlarının arxasında İran xüsusi xidmət orqanlarının, xüsusilə də SEPAH-ın dayanması sübut olunduqda, qüdrətli dövlətlərin SEPAH-ı “terrorçu təşkilatlar”ın siyahısına salmasının əbəs olmadığı da ortaya çıxacaq.

İran bu cür xoşagəlməz və bədnam reputasiya ilə haraya qədər gedəcək, sabahı necə olacaq, aydın deyil. Bu dövləti idarə edən sağlam qüvvələri bir an öncə özlərinə gəlib, İranı beynəlxalq təcriddən xilas etmək istiqamətində tədbir görməsələr, cənub qonşumuzun başı çox müsibətlər çəkəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR