İnsanlara hürriyət, millətlərə istiqlal!

SEPAH-a aid 13 ticarət gəmisi məhv edildi

İyulun ortalarından bəri ABŞ ordusu İranın dəniz blokadasını pozmağa cəhd edən 13 ticarət gəmisini məhv edib.

Musavat.com xəbər verir ki, məlumatı ABŞ Mərkəzi Komandanlığın (CENTCOM) X hesabında yayıb: "Son 12 həftə ərzində CENTCOM blokadanı pozan və ya SEPAH-ın kölgə şəbəkəsinin bir hissəsi olan 13 ticarət gəmisini məhv edib".

Bundan əlavə, məlumata əsasən blokada bərpa olunandan bəri ABŞ ordusu 130 ticarət gəmisinin hərəkətinin qarşısını alıb, daha üç gəmini sıradan çıxarıb.

Qeyd edək ki, sentyabr ayı ərzində İran ABŞ blokadası nəticəsində dəniz yolu ilə bir barel neft ixrac edə bilməyib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR