İnsanlara hürriyət, millətlərə istiqlal!

Əraqçi Xameneinin ölümü ilə bağlı İLK DƏFƏ DANIŞDI - ELƏ FAKTLARI AÇIQLADI Kİ...

İranın xarici işlər naziri Abbas Əraqçi ölkənin ali rəhbəri Əli Xameneinin həlak olduğu gün onun ofisində olub.

Musavat.com xəbər verir ki, nazir bu barədə "Al Mayadeen" telekanalına müsahibəsində danışıb.

Əraqçinin sözlərinə görə, hücum onun danışıqların aparıldığı Cenevrədən qayıtmasından bir gün sonra baş verib.

O, görüşün nəticələrini və hərbi əməliyyatların gərginləşməsini müzakirə etmək üçün səhər saatlarında Xameneinin ofisinə gəlibmiş.

"Bizim olduğumuz bina zərbəyə məruz qaldı. Binanın bir hissəsi dağıldı, lakin bizim yerləşdiyimiz hissə salamat qaldı", - deyə İran XİN rəhbəri bildirib.

Əraqçi qeyd edib ki, partlayış zamanı öz təhlükəsizliyindən daha çox ali rəhbərin taleyi barədə narahat olub.

İran XİN rəhbərinin sözlərinə görə, Xamenei sığınacağa getməkdən imtina edib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb və bir sıra şəhərlərə aviazərbələr endirib. Həmin gün zərbələr nəticəsində İranın Ali lideri Əli Xamenei öldürülüb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR