İnsanlara hürriyət, millətlərə istiqlal!

Senatorun ölümündə “Arxadan vurulan zərbə” müəmması

Lindsi Qremin ölümü haqda rəsmi versiyaya inanmayanlar nə deyirlər - SENSASİON İDDİALAR 

ABŞ senatoru Lindsi Qremin ölümündən sonra Vaşinqtonun açıqladığı rəsmi versiya ətrafında müzakirələr səngimək bilmir. Ağ Ev senatorun 11 iyul tarixində Vaşinqtondakı evində aortanın partlaması (aorta disseksiyası) nəticəsində, ateroskleroz fonunda dünyasını dəyişdiyini bəyan etsə də, ABŞ-ın keçmiş kəşfiyyat əməkdaşları və bəzi analitiklər bu izahın inandırıcı olmadığını iddia edirlər. Onların fikrincə, senatorun son Ukrayna səfəri ilə ölüm vaxtı arasında ciddi uyğunsuzluqlar var və rəsmi açıqlama bir sıra suallara cavab vermir.


На фото: президент Украины Владимир Зеленский и американский сенатор-республиканец Линдси Грэм

Bu mövzu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş analitiki Larri Johnsonun açıqlamalarından sonra daha da aktuallaşıb.

Musavat.com xəbər verir ki, onun mövqeyi daha sonra geosiyasi analitik Kurt Nimmo tərəfindən "Global Research" portalında dərc olunan məqalədə geniş şəkildə təhlil edilib.

Məqalədə vurğulanır ki, rəsmi açıqlamaya əsasən, senator 11 iyul axşam saat 20:30 radələrində Vaşinqtondakı evində özünü pis hiss edib və 911 xidmətinə zəng edilib. Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Rəsmi səbəb kimi isə aortanın cırılması göstərilib.

Lakin Larri Jonson hesab edir ki, hadisələrin xronologiyası bu versiyanı ciddi şəkildə şübhə altına alır. Onun sözlərinə görə, senatorun Ukraynaya səfərinin marşrutu və beynəlxalq nəqliyyat qrafikləri nəzərə alınarsa, onun həmin vaxt Vaşinqtona çatması praktiki olaraq mümkün görünmür.

Jonsonun təqdim etdiyi hesablamalara əsasən, Lindsi Qrem 9 iyul səhər saatlarında Vaşinqton yaxınlığındakı Dallas Beynəlxalq Hava Limanından Polşaya yola düşüb. Təxminən doqquz saat davam edən uçuşdan sonra senator Varşavaya çatıb və həmin gün axşam Kiyevə hərəkət edən qatarla Ukraynaya yollanıb. Qatar növbəti gün – 10 iyul səhər saatlarında Kiyevə çatıb.(Bu sətirləri oxuduqca məşhur Azərbaycan filmi “Arxadan vurulun zərbə” filmini xatırlanır. O filmdə də əsas suallardan biri qatarın çatma saatı ilə qətl arasında bağlılıq idi -red)

Нет описания фото.

Kiyevdə senator Prezident Volodimir Zelenski ilə görüş keçirib, Ukraynanın pilotsuz uçuş aparatları istehsal edən müəssisələrindən birinə baş çəkib və ABŞ-ın Kiyevə hərbi dəstəyini davam etdirəcəyini bəyan edib. Bu səfər Ukrayna mediasında və senatorun sosial media hesablarında da geniş işıqlandırılmışdı.

Larri Jonson bildirir ki, senatorun 11 iyul axşamı saat 20:30-da Vaşinqtondakı evində olması üçün onun Kiyevdən demək olar ki, qeyri-mümkün sürətlə hərəkət etməsi lazım idi. Onun hesablamalarına görə, Kiyevdən Polşanın Przemışl şəhərinə gedən qatar səfəri təxminən doqquz saat çəkir. Daha sonra hava limanına keçid və ABŞ-a on saatlıq transatlantik uçuş əlavə olunur. Bütün bu mərhələləri nəzərə aldıqda senatorun Vaşinqtona ən tez gecə saatlarında çata biləcəyi iddia edilir. Jonson bu səbəbdən "Lindsi Qrem həmin saatda evində ölə bilməzdi" qənaətinə gəldiyini bildirir. Onun sözlərinə görə, Pentaqondakı bəzi mənbələr senatorun Kiyevdə öldüyünü iddia etsələr də, bu barədə heç bir rəsmi sübut və ya sənəd təqdim edilməyib.

Kurt Nimmo da öz məqaləsində məhz bu zaman fərqinə diqqət çəkərək, rəsmi versiyanın ciddi izah tələb etdiyini yazır. Müəllif hesab edir ki, senatorun Ukraynadan ABŞ-a dönüş marşrutu ilə bağlı açıq məlumatların olmaması müxtəlif ehtimalların ortaya çıxmasına şərait yaradır.


В Киев с визитом прибыл сенатор-республиканец США Линдси Грэм

Bununla belə, Nimmo yazısının sonunda mühüm bir qeydi də vurğulayır. O bildirir ki, senatorun ölümündə hər hansı xarici dövlətin və ya xüsusi xidmət orqanının rol oynadığına dair təsdiqlənmiş sübut yoxdur. Müəllif etiraf edir ki, bu hadisənin arxasında kimin dayanması barədə qəti nəticəyə gəlmək mümkün deyil və əgər belə bir versiya həqiqət olsa belə, bunun rəsmi şəkildə etiraf olunacağı inandırıcı görünmür.

Hazırda ABŞ hökuməti senator Lindsi Qremin ölümünün təbii səbəblərdən baş verdiyi mövqeyini dəyişməyib. Rəsmi qurumlar hadisənin tibbi xarakter daşıdığını bildirirlər və indiyədək bu versiyanı təkzib edən hər hansı rəsmi sübut təqdim edilməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR