Onlayn ictimai-siyasi qəzet
Səudiyyə Ərəbistanı və Küveytdəki ABŞ səfirlikləri müvəqqəti bağlanıb, eyni zamanda Kanadanın Ər-Riyaddakı səfirliyi də fəaliyyətini dayandırıb.
Musavat.com xəbər verir ki, dünən gecə hücuma məruz qalan Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı ABŞ səfirliyi növbəti xəbərdarlığa qədər fəaliyyətini və bütün ictimai qəbulları dayandırıb.
Səfirliyin rəsmi saytında yayılan açıqlamada bildirilib:
"Səudiyyə Ərəbistanındakı ABŞ nümayəndəliyi 3 mart çərşənbə axşamı günü bağlanacaq. Səfirliyə edilən hücum səbəbindən binaya qəbullar müvəqqəti dayandırılıb".
Hücuma məruz qalan Küveytdəki ABŞ səfirliyi də təhlükəsizlik səbəbindən müvəqqəti bağlanıb. Səfirliyin açıqlamasında qeyd olunub:
"Bölgədə davam edən gərginlik səbəbindən ABŞ-nin Küveytdəki səfirliyi növbəti xəbərdarlığa qədər bağlanacaq. Bütün planlaşdırılan və təcili konsulluq görüşləri ləğv edilib. Səfirlik normal fəaliyyətini bərpa etdikdə məlumat verəcəyik".
Kanada da təhlükəsizlik səbəblərinə görə Ər-Riyaddakı səfirliyini bağlayıb. Səfirliyin açıqlamasında deyilir:
"Yaxın Şərqdəki mövcud təhlükəsizlik vəziyyəti səbəbindən Ər-Riyaddakı Kanada səfirliyi bu gün bağlanacaq".
Musavat.com
07 Iyun 2026
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ