Onlayn ictimai-siyasi qəzet
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçirilən "Orhus" – "Sabah" oyunu başa çatıb.
Musavat.com xəbər verir ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda Azərbaycan çempionu "Sabah" səfərdə Danimarkanın "Orhus" klubuna 1:2 hesabı ilə məğlub olub.
Meydan sahiblərindən Ceyms Boqerenin dublu ilə (31 və 63-cü dəqiqələr) hesabda 0:2 geriyə düşən təmsilçimiz 66-cı dəqiqədə Velko Simiçin qolu ilə fərqi azaldıb.
Sabah-ın 2-ci qolu ofsayd səbəbilə ləğv olundu
Matçın 90-cı dəqiqəsində S.Solvet hesabı bərabərləşdirsə də, baş hakim VAR baxışından sonra qayda pozuntusu səbəbiylə qolu ləğv edib və gərgin qarşılaşma "Orhus"un 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb. Cavab matçı avqustun 11-də, saat 20:00-da Masazırdakı "Bank Respublika Arena"da təşkil olunacaq.
***
Matçın son dəqiqələrində təmsilçimizin vurduğu qol baş hakim tərəfindən ləğv edilib.
Videoköməkçi hakim (VAR) sisteminin baxışından sonra epizodda qayda pozuntusu müəyyən olunduğu üçün qol hesaba alınmayıb. Beləliklə, meydan sahibləri "Orhus" hesabdakı 2:1 üstünlüyünü oyunun sonunadək qoruyub saxlamağı bacarıb. Təmsilçimiz "Sabah" səfər matçından məğlubiyyətlə ayrılsa da, mərhələ adlamaq şansını Masazırdakı cavab oyununa saxlayıb.
***
Musavat.com xəbər verir ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Sabah" səfərdə Danimarkanın "Orhus" (Aarhus) klubu ilə qarşılaşıb. Gərgin və dramatik mübarizəyə səhnə olan matç 2:2 hesablı heç-heçə...
Ranners stadionunda baş tutan və sloveniyalı FIFA referisi Rade Obrenoviçin idarə etdiyi qarşılaşmaya meydan sahibləri daha fəal başlayıblar. Oyunun 31-ci dəqiqəsində "Orhus"un futbolçusu Ceyms Boqere hesabı açaraq komandasını önə keçirib — 1:0. Komandalar fasiləyə Danimarka təmsilçisinin minimal üstünlüyü ilə yollanıblar.
İkinci hissənin əvvəlində də təzyiqi sürdürən meydan sahibləri 63-cü dəqiqədə fərqi iki topa çatdırıblar. Ceyms Boqere özünün və komandasının ikinci qolunu vuraraq dubl müəllifi olub — 2:0.
"Sabah"dan xarakter və möhtəşəm sonluq
İki qol geriyə düşməsinə baxmayaraq, Azərbaycan çempionu oyunda iradə nümayiş etdirib. İkinci buraxılan qoldan cəmi 3 dəqiqə sonra — 66-cı dəqiqədə Velko Simiç fərqi azaldaraq ümidləri artırıb — 2:1.
Matçın son dəqiqələrinə qədər hücumlarını davam etdirən təmsilçimiz 90-cı dəqiqədə istəyinə nail olub. S. Solvet rəqib qapısına yol taparaq tablodakı tarazlığı bərpa edib — 2:2. Bu qolla "Sabah" səfərdə çətin görünən oyundan vacib bərabərliklə ayrılmağı bacarıb.
Cavab oyunu Masazırda olacaq
Səfərdə məhsuldar heç-heçə edən "Sabah" pley-offa yüksəlmək yolunda mühüm üstünlük əldə edib.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 11-də, saat 20:00-da Masazırdakı "Bank Respublika Arena"da keçiriləcək.
Musavat.com
16 Avqust 2026
15 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ