Onlayn ictimai-siyasi qəzet
"Qarabağ" rəhbərliyi Abdullah Zubirə böyük jest edib.
Geridə qalan 8 il ərzində komandanın yolunda göstərdiyi xidmətləri nəzərə alaraq fransalı vingerin pul ödəmədən klubdan ayrılmasına şərait yaradılıb. Halbuki onun müqaviləsi 2027-ci ilin yayınadək qüvvədə idi.
34 yaşlı legioner bundan sonra Səudiyyə Ərəbistanında forma geyinəcək.
Azad agent statusu alan sol cinah oyunçusu yerli klublardan biriylə 2 illik müqavilə bağlayıb.
Mərakeş kökənli Fransa vətəndaşı öz istəyi ilə "köhlən atlar"la vidalaşıb.
2018-ci ildə "Lans"dan gəlmiş sol cinah oyunçusu ilə kontrakta qarşılıqlı razılıq əsasında xitam verilib.
Beləcə, bu yay "Qarabağ"ı tərk edən futbolçuların sayı 10-a çatıb.
Toral Bayramov, Emmanuel Addai, Ramil Şeydayev, Sami Mmae, Kevin Medina, Fabian Buntiç, Amin Ramazanov, Leandro Andrade və Kamilo Duran "Qarabağ"dan gedib.
Zubirlə bağlı hadisə "Qarabağ"ın tarixində ilk deyil. Klubun başbilənləri 2 ay öncə belə bir ehtiramı Kevin Medinaya da göstərib. Altı il bu formanı geyinmiş kolumbiyalı müdafiəçi təzminat ödəmədən Malayziyaya yollanıb və "Johor Darul Tazim"lə müqavilə bağlayıb. (sportinfo.az)
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ