İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada qadağan edilən erməni suyu Kiyevdə görüş masasında - FOTO

Ermənistan xarici işlər nazirinin müavini vəzifəsini icra edən Vahan Kostanyanın Kiyevdə keçirdiyi görüşdən maraqlı detal diqqət çəkib.

Musavat.com xəbər verir ki, avqustun 15-də Ukraynaya işgüzar səfəri çərçivəsində Vahan Kostanyan Ukrayna Ali Radasının Xarici siyasət və parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Aleksandr Merejko ilə görüşüb.

f2a8434d797e92beb566f504da3f021e.jpeg (302 KB)

Görüş zamanı tərəflər Ermənistan-Ukrayna əməkdaşlığının gündəliyini müzakirə ediblər. Həmsöhbətlər qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə əməkdaşlığın fəallaşdırılmasının vacibliyini vurğulayıblar.

Görüşdən yayılan görüntülərdə masada Ermənistan istehsalı olan “Bjni” mineral suyunun olması diqqət çəkib. Kostanyana məhz bu sudan təqdim edilib.

Qeyd edək ki, “Bjni” mineral suyunun Rusiyaya idxalına və satışına məhdudiyyət tətbiq edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR