Onlayn ictimai-siyasi qəzet
Gürcüstanın baş naziri İrakli Kobaxidze Ukraynanın Mixeil Saakaşvilinin Kiyevə verilməsi ilə bağlı istəyini rədd edib.
Musavat.com xəbər verir ki, baş nazir bu tələbi “gülünc” adlandıraraq bildirib ki, Saakaşvili etnik gürcü olmasına baxmayaraq həm Gürcüstana, həm də Ukraynaya zərər vurub.
O qeyd edib ki, iki ölkə arasındakı münasibətlər “gürcü kriminalitetindən” asılı olmamalıdır.
Xatırladaq ki, Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak daha əvvəl həbsdə olan Saakaşvilinin müalicə üçün Kiyevə köçürülməsini tələb etmişdi.
Musavat.com
19 Iyul 2026
18 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ