İnsanlara hürriyət, millətlərə istiqlal!

Rza İsbərxanlı İŞDƏN ÇIXDI

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Radiotezliklər İdarəsinin (DRİ) maliyyə direktoru Rza İsbərxanlı vəzifəsindən ayrılıb.

O, “AzerGold” QSC-nin törəmə şirkəti olan “Daşkəsən Dəmir Filiz” MMC-nin maliyyə direktoru təyin olunub.

Qeyd edək ki, maliyyə və idarəetmə sahəsində uzunmüddətli təcrübəyə malik olan Rza İsbərxanlı karyerası ərzində bir çox böyük şirkət və müəssisələrdə məsul vəzifələrdə çalışıb. O, 2022-2023-cü illərdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində (İRİA) maliyyə meneceri, 2017-2022-ci illərdə "AzIntelekom"da maliyyə meneceri, 2015-2017-ci illərdə "Modern Group"da maliyyə meneceri və direktoru, Azerfon" (Nar Mobile) şirkətində Baş mühasib və s vəzifələrdə çalışıb./yurd media/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2026

07 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR