Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp administrasiyası Ukraynanın Rusiyanın Qara dənizdə yerləşən Novorossiysk limanına endirdiyi zərbədən sonra Kiyevi xəbərdar edib.
Musavat.com xəbər verir ki, bu barədə CNN Ukraynanın ABŞ-dakı səfiri Stefanışinaya istinadən məlumat yayıb.
Bildirilir ki, hücum nəticəsində Qazaxıstan neftini daşıyan boru kəmərinin fəaliyyəti pozulub və bu, ABŞ investisiyalarına da təsir göstərib.
Məlumata görə, ABŞ Dövlət Departamenti rəsmi diplomatik bildiriş yayaraq Kiyevi Amerika iqtisadi maraqlarına zərər vurmamağa çağırıb. Bununla belə, Vaşinqton Ukraynadan Rusiyanın hərbi və ya enerji obyektlərinə hücumları tam dayandırmağı tələb etməyib.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ