İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın kimya nəhəngi vuruldu – Moskva dron hücumlarını dəf edir

Ukrayna ötən gecə Rusiyanın Moskva və Tula vilayətlərinə kütləvi dron hücumları təşkil edib.

Musavat.com xəbər verir ki, Tula vilayətinin qubernatoru Dmitri Milyayev hücum nəticəsində Novomoskovskdakı sənaye müəssisəsi və elektrik xəttinin zədələndiyini açıqlayıb: "Dron hücumu nəticəsində Novomoskovskdakı elektrik xətti və sənaye müəssisəsinə ziyan dəyib. Təcili yardım xidmətləri hadisə yerində işləyir".

Qubernator bildirib ki, bölgədəki hava hücumundan müdafiə bölmələri bir gecədə 73 pilotsuz təyyarəni zərərsizləşdirib.

Ukrayna mənbələri Tulada hədəfin “Azot” kimya zavodu olduğunu, müəssisədə böyük yanğın başladığını qeyd edirlər. Zavod Rusiyanın ən böyük ammonyak, azot turşusu, metanol, mineral gübrələr və partlayıcı maddələr və sursat istehsalında istifadə olunan kimyəvi xammal istehsalçısıdır.

Moskva meri Sergey Sebyaninin açıqladığı məlumata görə, paytaxta hücum edən dronların sayı 45-ə çatıb. Hazırda hücum davam edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2026

19 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR