Onlayn ictimai-siyasi qəzet
Rusiya hökuməti yanacaq ixracı ilə bağlı sərt qərar qəbul edib.
Musavat.com xəbər verir ki, benzinin ixracına tətbiq olunan tam qadağanın müddəti daha bir neçə ay uzadılıb.
Rusiyada benzinin ixracına tam qadağa 2027-ci il yanvarın 31-dək qüvvədə qalacaq. Bundan əlavə, dizel yanacağı, gəmi yanacağı və qazoylun istehsalçılar tərəfindən ixracına qoyulan qadağa da 2026-cı il sentyabrın 1-dək uzadılıb.
Qərarın daxili yanacaq bazarında sabitliyi qorumaq və ölkə daxilində tələbatın təmin edilməsinə xidmət etdiyi bildirilir.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ